Bakı Baş Gömrük İdarəsi sahibkarları görüşə çağırır

6 İyun 18:19 İqtisadiyyat
İyunun 9-u Dövlət Gömrük Komitəsinin (DGK) Bakı Baş Gömrük İdarəsində xarici iqtisadi fəaliyyət iştirakçıları ilə görüş keçiriləcək.

Komitədən verilən məlumata görə, Bakı Baş Gömrük İdarəsi rəhbərliyinin iştirakı ilə təşkil olunan görüşdə gömrük sistemində həyata keçirilən islahatlar, əlverişli biznes və investisiya mühitinin formalaşdırılması tədbirləri barədə məlumat veriləcək, eyni zamanda, iş adamlarını maraqlandıran məsələlər müzakirə olunacaq.

DGK görüşdə iştirak etmək istəyən xarici iqtisadi fəaliyyət iştirakçılarından Bakı Baş Gömrük İdarəsinə müraciət edərək qeydiyyatdan keçmələri xahiş edir. Komitədən bildiriblər ki, yalnız qeydiyyatdan keçən şəxslərin görüşdə iştirakı təmin olunacaq.

  • Əvvəlki

    Dolların sabaha olan rəsmi məzənnəsi açıqlandı

Digər xəbərlər

20 Noyabr 22:58 İqtisadiyyat
Pensiyalar 48 faiz artır - NAZİRDƏN ŞAD XƏBƏR
0 0
20 Noyabr 18:04 İqtisadiyyat
2,5 ton əti məhv etdi
0 0
19 Noyabr 13:44 İqtisadiyyat
Niyə hamı varlı ola bilmir?
0 0
19 Noyabr 13:24 İqtisadiyyat
Azərbaycanda 5 gün iş olmayacaq
0 0