"Fitch" Azərbaycan Beynəlxalq Bankının reytinqini təsdiq edib

06.06.2018 Bank
"Fitch" beynəlxalq reytinq agentliyi Azərbaycan Beynəlxalq Bankının emitentin uzunmüddətli defolt reytinqini "B-", proqnozunu isə stabil olaraq müəyyən edib.

Bu barədə "Kommersant"a Agentlikdən bildirilib.

Agentlik həmçinin bankın "viability" ("dayanıqlıq") reytinqini isə "ccc" səviyyəsindən "b-" səviyyəsinə yüksəldib.

Məlumatda bildirilir ki, ABB-nin reytinqinin artırılması gəlirliyin artmasını və kapitallaşmaya olan təzyiqin azalmasını göstərir. Dayanıqlıq reytinqi həmçinin aktivlərin aşağı riskli strukturu və 2017-ci ildən sonrakı restrukturizasiyadan sonra rahat şəffaflığı ilə əlaqələnir. Eyni zamanda qeyd olunur ki, dayanıqlıq reytinqi bankın mövcud olan valyuta riskini, azalmış müştəri bazasını, restrukturizasiyadan sonra qısa fəaliyyət müddətini və biznes-model, bankın strategiyası ilə gələcək mülkiyyət strukturu ilə bağlı qeyri-müəyyənliyini də nəzərə alır.