USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Şamaxıda qaz xətləri də sıradan çıxıb - AZƏRİQAZ

06.02.2019 İqtisadiyyat
0 0
Fevralın 5-də gecə saat 12 radələrində respublikanın Dağlıq Şirvan iqtisadi rayonunda baş vermiş zəlzələnin təsirindən Şamaxı rayonunda 5 nöqtədə küçə qaz xətləri zədələnib.

"Kommersant.az" xəbər verir ki, SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyindən verilən məlumata görə, bununla bağlı Ağsu Regional Qaz İstismarı İdarəsinə (RQİİ) məlumat daxil olan kimi Şamaxı rayonunun qaz təchizatı dayandırılıb və Ağsu RQİİ-də yaradılmış əməliyyat qrupunun əməkdaşları zəlzələ nəticəsində zədələnmiş, qırılmış qaz xətlərinə baxış keçiriblər.

Şamaxı rayonunun əhalisinin təbii qaz təchizatında yaranmış fasilənin tez bir zamanda aradan qaldırılması üçün artıq "Azəriqaz"ın aidiyyatı qurumları tərəfindən səhər saatlarından zədələnmiş qaz kəmərlərində təmir-bərpa işləri aparılır və işlərin günorta saatlarına kimi başa çatdırılması planlaşdırılır. İşlər başa çatdırıldıqdan sonra Şamaxı rayonunun bütün yaşayış məntəqələrinə təbii qazın verilişi tam bərpa olunacaq.