İsmayıllı rayonunda zəlzələ olub

12 Avqust 16:00 Sosial
Avqustun 12-də İsmayıllı rayonu ərazisində zəlzələ baş verib.

Azərbaycan Milli Elmlər Akademiyasının nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən "Kommersant.az"a bildirilib ki, zəlzələ Pirquludan 10 kilometr qərbdə - İsmayıllı rayonunun ərazisində qeydə alınıb.
Yerli vaxtla saat 23:03:11-də qeydə alınan zəlzələ episentrdə 4, ətraf rayonlarda 3 bala qədər hiss olunub.