Gün ərzində "Samur" gömrük məntəqəsində 250-dək avtomobil yoxlanılır

01.06.2018 Nəqliyyat
2018-ci ilin may ayında “Samur” gömrük məntəqəsindən, ümumilikdə 30 minə yaxın nəqliyyat vasitəsi keçib.

"Kommersant.Az" bildirir ki, bunu Dövlət Gömrük Komitəsinin Xaçmaz Gömrük İdarəsinin "Samur" Gömrük Postunun rəisi Asim Salmanov deyib.

Onun sözlərinə görə, gün ərzində "Samur" gömrük məntəqəsinin idxal və ixrac xəttində, ümumi olaraq 200-250-yə yaxın minik avtomobili yoxlanılır. Həmçinin adı çəkilən xətlərdən keçən yük avtomobillərinin sayı da 200-250-dir.

A.Salmanov qeyd edib ki, idxal və ixrac xətlərinin hər birində, eyni zamanda 3 yük avtomobilini yoxlamaq mümkündür. “Bir yük avtomobilin yoxlanması 15-20 dəqiqə ərzində başa çatır. Bir minik avtomobilinin yoxlanması isə təxminən 5 dəqiqə müddətindədir,” – deyə A. Salmanov bildirib.

  • Əvvəlki

    ƏMDK sədrinin vətəndaş qəbulunun tarixi dəyişdirilib

Digər xəbərlər