Qatarlarda gecikmələr var, Bakı-Sumqayıt hərəkətdə olmayacaq

3 İyul 09:07 Nəqliyyat
Mingəçevirdə əsas düyün yarımstansiyasında baş vermiş açılma səbəbindən, bölgələrdən Bakı sərnişin stansiyasına gələn sərnişin qatarların hərəkətində gecikmələr qeydə alınır.

Bu barədə "Kommersant"a “Azərbaycan Dəmir Yolları”ndan bildirilib.

"Eyna zamanda sərnişinlərin nəzərinə çatdırırıq ki, ölkə ərazisində elektrik enerjisinin verilməsində yaranan problemlə bağlı bu gün iyulun (3-də) günün birinci yarısında Bakı-Sumqayıt-Bakı marşrutunda işləyən elektrik qatarları hərəkətdə olmayacaq.

Yaranmış müvəqqəti narahatçılığa görə sərnişinlərdən üzr istəyirik",- məlumatda deyilir.