Sərnişin qatarları gecikmələrlə Bakıya gəlməkdədir

4 İyul 09:00 Nəqliyyat
3 iyul 2018-ci ildə Mingəçevirdə Azərbaycan İstilik Elektrik Stansiyasında baş vermiş qəza nəticəsində elektrik enerjisinin verilişində yaranmış məhdudiyyətlər səbəbindən Bakıdan bölgələrə gedən və bölgələrdən Bakı sərnişin stansiyasına gələn sərnişin qatarlarının hərəkətində gecikmələr qeydə alınır.

Bu barədə "Kommersant"a “Azərbaycan Dəmir Yolları”ndan bildirilib

Qeyd edilib ki, Astara-Horadiz-Bakı sərnişin qatarı vaxtında, Böyük Kəsik-Bakı sərnişin qatarı bir saat yarım gecikmə ilə artıq Bakı-sərnişin stansiyasına çatıb. Digər sərnişin qatarları gecikmələrlə Bakıya gəlməkdədir.

Bu gün Bakı-Sumqayıt-Bakı marşrutunda işləyən elektrik qatarları cədvəl üzrə hərəkət edir. Yaranmış sərnişin sıxlığını aradan qaldırmaq üçün, gün ərzində iki dəfə olmaqla, bu istiqamətdə ikiqruplu qatar xəttə buraxılır.

  • Əvvəlki

    Baş Prokurorluq, DİN və DTX Elmar Vəliyevin güllələnməsi ilə bağlı birgə məlumat yayıb

Digər xəbərlər

17 Oktyabr 17:59 Nəqliyyat
Yeni kanalizasiya xətləri çəkilir
0 0
16 Oktyabr 23:40 Nəqliyyat
"Nissan Juke"a rəqib gəlir
0 0
16 Oktyabr 18:09 Nəqliyyat
Yol tikintisi üçün 15 milyon manat - SƏRƏNCAM
0 0