BNA sədri: Bakıdakı taksilərin sayı 3 dəfə azaldılacaq

6 Noyabr 11:15 Nəqliyyat
Bakı Nəqliyyat Agentliyinin (BNA) İdarə Heyətinin sədri Vüsal Kərimli taksi şirkətlərinin fəaliyyəti ilə bağlı suala cavab verərkən,"Bizim hesbalamalarımıza əsasən, Bakıda 8500 taksi fəaliyyət göstərməlidir" deyə bildirib.

"Mən taksilərin dövlət şirkətinə məxsus olmasının tərəfdarı deyiləm. Çünki bu, rəqabətli mühiti aradan qaldıracaq. Amma təbii ki, taksilər nəzarətdə olmalıdır. Bunun üçün də işlərə başlamışıq. Yaxın günlərdə bununla bağlı hökumətə təkliflərimizi də göndərəcəyik. Birincisi, bundan başlamaq lazımdır ki, bu gün Bakıda 22-25 min arası taksi fəaliyyət göstərir. İstanbulda 18 min ədəd taksi fəaliyyət göstərir. Əhalisi isə Bakıdan çox, 15 milyondur. Bizim hesbalamalarımıza əsasən, Bakıda 8500 taksi fəaliyyət göstərməlidir. Taksi fəaliyyətinin bütün parametrləri qanunvericilikdə göstərilib və hökumətə təklif verilib. Təkliflər qəbul olunduqdan sonra taksi fəaliyyətini də ciddi şəkildə nəzarətə götürəcəyik".

Vüsal Kərimli qeyd edib ki, hava limanı taksi konsepsiyası ayrı olacaq: "Hava limanı ölkəmizin qapısıdır. İnsanların ölkəyə ayaq basdığı andan etibarən aldadılmasnın qarşısı alınmalıdır. Biz bu layihəyə başlamışıq. Eyni zamanda, proqram təminatımızı da yekunlaşdırmaq üzrəyik. BNA-nın rəsmi proqram təminatı olacaq. Bütün taksilər qeydiyyatdan keçdikdən sonra göstərdikləri xidmət səviyəsinə görə, vətəndaşlar tərəfindən onlara ballar veriləcək. Məqsədimiz, ictimai nəqliyyatı ictimai qınaq üzərində qurmaqdır. Ona görə də hər şey vətəndaş məmnunluğuna xidmət etməlidir. Biz isə vətəndaşla bu işi icra edənlər arasında tənzimləyici olmalıyıq. BNA üçün əsas olan vətəndaşın istəyidir.

Taksi fəaliyyəti ictimai nəqliyyatın nisbətən lüks növü olduğu üçün orada da işlərimizi mərəhələli şəkildə quracağıq ki, ciddi problemlər ortaya çıxmasın".

Marja

  • Əvvəlki

    “Nar Mobile” insanların cibinə girir - RƏSMİ CAVAB

Digər xəbərlər

7 Noyabr 22:00 Nəqliyyat
Kanada da təyyarə qəzası - YARALILAR VAR
1 0
7 Noyabr 11:30 Nəqliyyat
Bu yol tezliklə istifadəyə veriləcək
0 0