Qatarla toqquşan avtobus - DƏYİŞDİRİLDİ

8 Noyabr 13:39 Nəqliyyat
160 nömrəli marşrut xətti üzrə yeni avtobuslar xidmət göstərəcək.

"Kommersant.az" Bakı Nəqliyyat Agentliyinə (BNA) istinadla xəbər verir ki, 160 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşıma fəaliyyətini həyata keçirən “Ayşən LTD” MMC ilə bağlanan müqaviləyə xitam verilib. Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədrinin müvafiq sərəncamına əsasən xətt üzrə sərnişindaşıma xidmətinin göstərilməsi “Çinar-Trans” MMC-yə həvalə edilib.

10.11.2018 tarixindən 160 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişinlərə “Çinar-Trans” MMC tərəfindən yeni avtobuslarla xidmət göstəriləcək.

Xatırladaq ki, təxminən 1 ay əvvəl 160 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən 10-TG-106 dövlət qeydiyyat nişanlı sərnişin avtobusu Xəzər rayonu, Binə qəsəbəsində hərəkətdə olan qatarla toqquşmuşdu. Nəticədə ölənlər və yaralananlar olmuşdu.

  • Əvvəlki

    Türkiyədə benzinin qiyməti bir az da düşdü

Digər xəbərlər

19 Noyabr 21:06 Nəqliyyat
Bu yolda tıxac var - Piyada vurulub
1 0
19 Noyabr 19:28 Nəqliyyat
Avtomobillər üçün vergi 50 faiz artırılır
2 1
19 Noyabr 12:54 Nəqliyyat
Bakıdan Küveytə uçuşlar başlayacaq
0 1
16 Noyabr 17:48 Nəqliyyat
Bu yollar təmirə bağlanır
1 1
16 Noyabr 16:47 Nəqliyyat
Azərbaycan avtobusları vergiyə cəlb olunacaq
1 1