Nazirlik 217 nəfər işçi axtarır - SİYAHI

12.11.2018 Vakansiya
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev özünə 4 müşavir seçmək üçün daxili müsahibə elan edib.

Nazirlikdən "Kommersant.az" a verilən məlumata görə, Sahil Babayevin müvafiq əmri ilə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi vakant dövlət qulluğu vəzifələrinin tutulması ilə bağlı daxili müsahibə elan edilib.

Ümumilikdə nazirliyin aparatına, şəhər və rayon təşkilatlarında boş qalan 217 yüksək vəzifə üzrə müsahibə elan olunub.

Belə ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatı üzrə 36 yer, Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti üzrə 26 yer, Nazirliyin yanında Dövlət Sosial Müdafiə Fondunun Aparatı və rayon (şəhər) şöbələri üzrə 101 yer, Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin Aparatı və rayon(şəhər) Məşğulluq Mərkəzləri üzrə 54 boş qalan yerə müsahibə keçirilir.

  • Əvvəlki

    Qış təkərləri ilə bağlı 195 manatlıq cərimə - TÜRKİYƏDƏ

Digər xəbərlər

09.11.2018 Vakansiya
Kargüzar axtarılır - VAKANSİYA
0 0
08.11.2018 Vakansiya
Şirkət sürücü axtarır - VAKANSİYA
0 1