Qazlı içkilərrin qiyməti qalxacaq - RUSİYADA

12.11.2018 İqtisadiyyat
Karbonatlı içkilərə aksiz vergisi tətbiq etmək fikri dəstəkləndi.

"Kommersant.az" xəbər verir ki, Rusiya hökuməti əhalini karbonatlı içkilərdən yayındırmaq məqsədilə tədbirlər planı hazırlayıb. Belə ki, dövlət karbonatlı içkilərin aksiz vergisini qaldırmağı planlaşdırır.

Bununla kifayətlənməyəcəklərini bildirən dövlət rəsmiləri insanlar arasında bu kimi içkilərin zərərləri barədə maarifləndirici məlumatların yayılmasını da planlaşdırdıqlarını söyləyib.

Rusiya Federasiyasının Səhiyyə Nazirliyindən verilən məlumatda verginin minimum 20% - ə qədər qaldıralacağı da bildirilib.