"Forbes" jurnalı dünyanın ən yaxşı 500 iş yerinin reytinqini müəyyənləşdirib.
"Kommersant.az" xəbər verir ki, "Alphabet Inc.", "Microsoft" və "Apple" reytinqin ön sıralarında yer alıb. Reytinqdə eyni zamanda Rusiyanın 5 şirkətinin adı da var. Məsələn, Moskva birjası 117-ci pillədə qərarlaşıb.
"Forbes", reytinqi tərtib etmək üçün 60 ölkədən olan 430 mindən çox əməkdaşın anketlərini şərh edib. Sorğuda iştirak edən respondentlər öz iş yerləri haqqında fikirlərini bölüşüblər.