USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Ölmüş şəxsin krediti necə olur?

01.04.2019 Bank
0 0
Yaxın qohumun ölümündən sonra bəzi hallarda insanlara mülkiyyətlə yanaşı kredit borcu da “miras” qala bilər.

"Kommersant.az" bildirir ki, qanunvericiliyə əsasən borclunun ölümü ilə onun öhdəlikləri vərəsələrinin üzərinə düşür.

Kredit borcu üzrə öhdəliyi kim və necə ödəməlidir?

AR MM-nin 1243.3-cü maddəsinə əsasən “Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir”. Misal üçün, hər hansı şəxs vəfat etmiş qohumunun evində yaşayır və ya onun digər mülkiyyətindən istifadə edirsə, vərəsəlik şəhadətnaməsi alınmadığı təqdirdə belə, o, mirası qəbul etmiş sayılır. Nəticədə ölən şəxsin borclarını da qəbul etmiş olur.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun AR Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 4 iyun 2018-ci il qərarına əsasən “borclunun ölümündən sonra ilk növbədə mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar.

Vərəsələr və zamin, borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar”

Bu maddəyə əsasən, borclunun öhdəliyi icra edilmədiyi halda hesablanmış dəbbə pulunun da vərəsələr və ya zamin tərəfindən ödənilməsi tələb oluna bilər. Mülki məcəllənin 1306-cı maddəsinə əsasən vərəsələr miras qoyanın kredit borcunu aldıqları miras payına mütənasib surətdə birgə borclu kimi tam ödəməlidir. Həmin maddənin ikinci bəndinə əsasən əgər miras qoyan vərəsələrə keçmiş borclar üzrə birgə borclu olmuşdursa, vərəsələr birgə məsuliyyət daşıyırlar.