USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Əhalinin banklardakı əmanətləri 15 milyard manatı ötdü

02.09.2025 Bank
0 0
Bu ilin avqustun 1-nə Azərbaycan banklarında fiziki şəxslərin əmanətlərinin həcmi 15,456 milyard manat təşkil edib.

Əmanətlərin həcmi cari ilin iyulun 1-nə nisbətən 19,1 milyon manat və ya 0,1%, ötən ilin analoji dövrü ilə müqayisədə isə 1,5 milyard manat və ya 10,7% artıb.

Bu ilin avqustun 1-nə fiziki şəxslərin milli valyuta ilə banklarda əmanətlərinin həcmi 10,472 milyard manat, xarici valyuta ilə isə 4,984 milyard manat təşkil edib.

Milli valyuta ilə əmanətlərin həcmi bu ilin iyulun 1-i ilə müqayisədə 28,1 milyon manat və ya 0,3%, illik müqayisədə isə 1,2 milyard manat və ya 13,2% artıb.

Xarici valyuta ilə isə bu göstərici cari iyulun 1-nə olan rəqəmlərə nisbətən 9,1 milyon manat və ya 0,2% azalıb, illik nisbətdə isə 273,4 milyon manat və ya 5,8% artıb.