"Xalq Bank"ın altı aylıq - HESABATI

27.07.2020 Bank
"Xalq Bank" cari ilin ikinci rübünə olan hesabatını açıqlayıb.

"Kommersant.az" bankın açıqladığı hesabata əsasən xəbər verir ki, "Xalq Bank"ın cəmi aktivləri ötən ilin eyni dövrü ilə müqayisədə 33 mln. 700 min manat artaraq 2 mlrd. 168 mln. 972 min manata çatıb. Bundan başqa bankın cəmi öhdəlikləri 2019-ci ilin ikinci rübü ilə müqayisədə 4 mln. 46 min manat artaraq 1 mlrd. 736 mln. 31 min manat artaraq 1 mlrd. 740 mln. 77 min manata, cəmi kapitalı isə 29 mln. 654 min manat artaraq 428 mln. 895 min manata çatıb.

KREDİT VƏ DEPOZİT PORTFELİ ARTIB

"Xalq Bank"ın müştərilərinə verdiyi kreditlər ötən illə müqayisədə 43 mln. 131 min manat artaraq 1 mlrd. 565 mln. 771 min manata, depozit portfeli isə 41 mln. 182 min manat artaraq 1 mlrd. 430 mln. 993 min manata çatıb.

MƏNFƏƏTİ CUZİ ARTIB

Bankın hesabatına görə "Xalq Bank" cari ilin 6 ayında faiz gəlirlərini 567 min manat azaldaraq 53 mln. 802 min manata endirib. Buna baxmayaraq bankın faiz xərcləri 368 min manat artaraq 9 mln. 736 min manata çatıb. "Xalq Bank"ın xalis faiz gəlirləri 2 mln. 476 min manat artaraq 40 mln. 790 min manata, qeyri-faiz gəlirləri 6 mln. 267 min manat artaraq 15 mln. 210 min manata, qeyri-faiz xərcləri isə 1 mln. 212 min manat artaraq 24 mln. 865 min manata çatıb. Buna görə də bankın xalis əməliyyat mənfəəti cari ilin ilk yarısında 31 mln. 135 min manat olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 7 mln. 531 min manat çoxdur.

"Xalq Bank"ın xalis mənfəəti 1 mln. 515 min manat artaraq 17 mln. 179 min manat olub.

Bankın məcmu kapitalı 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 29 mln. 302 min manat artaraq cari ildə 426 mln. 799 min manata yüksəlib.

Xalq Bank

2020 (II rüb)

2019 (II rüb)

Artım - Azalma

Cəmi Aktivləri

2,168.972

2,135.272

+ 33.700

Cəmi Öhdəlik

1,740.077

1,736.031

+ 4.046

Cəmi Kapital

428.895

399.241

+ 29.654

Kredit

1,565.771

1,522.640

+ 43.131

Depozit

1,430.993

1,389.811

+ 41.182

Faiz Gəliri

53.802

54.369

- 567

Faiz Xərci

9.736

9.368

+ 368

Xalis Faiz Gəliri

40.790

38.314

+ 2.476

Qeyri-Faiz Gəliri

15.210

8.943

+ 6.267

Qeyr-Faiz Xərci

24.865

23.653

+ 1.212

Əməliyyat Mənfəəti

31.135

23.604

+ 7.531

Xalis Mənfəət

17.179

15.664

+ 1.515

Məcmu kapital

426.799

397.497

+ 29.302