USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Plastik kartların - QİYMƏTLƏRİ

13.03.2023 Bank
29 2
Banklarımızın fərdi şəxslərə təklif etdikləri plastik debet kartların qiymətləri və müddəti barədə siyahı hazırladıq. 25 bank arasında 3 bank istifadəyə buraxdığı debet kartları müştərilərinə pulsuz təklif edir.

Kommersant.az xəbər verir ki, kartların qiyməti isə siyahıda qeyd edilən banklar arasında müddətə görə dəyişə bilir. Bundan başqa bəzi banklarda plastik karta müəyyən olunan məbləği ilkin mədaxil edilərsə, bank kartı müştəriyə pulsuz təqdim edilir.

“Azərbaycan Beynəlxalq Bankı” (qısaca –ABB) rəsmi internet saytında kartın pulsuz olduğunu bildirsə də, kartı əldə edərkən 500 manat/dollar/avro mədaxil edilsə, plastik kartı ödənişsiz verir.

“AFB Bank”da Master və Visa debet kartının qiyməti 1 illik - 10 manat, 2 illik - 15 manat, 3 illik - 25 manat təşkil edir.

“Bank of Baku”nun Bolkart Standart kartlarının qiyməti 1 illik - 8 manat, 2 illik - 14 manat, 3 illik - 20 manat təşkil edir. Kart üçün sığorta məbləği nəzərdə tutmayan bank təcili sifarişlər üçün 15 manat tələb edir.

“Bank Avrasiya”da Master və ya Visa kartların iki illik qiyməti pulsuz, əlavə kartın əldə olunması 10 manat, 3 illik kartın qiyməti 20 manatdır.

“Bank BTB”nin Mastercard Standart kartlarının qiyməti 1 illik - 15 manat, 2 illik - 20 manat, 3 illik - 25 manat təşkil edir. Bundan başqa ban əlavə kart üçün 1 illik - 10 manat, 2 illik - 15 manat, 3 illik - 20 manat tələb edir. Əgər müştəri kartını təcili olaraq əldə etmək istəyirsə, əlavə 10 manat ödəniş etməlidir.

“Bank VTB” bankın buraxdığı kartlar barədə müştərilərinə əvvəlcədən məlumat vermədiyi üçün siyahıda x olaraq qeyd olunub.

“ExpressBank” standart kartların buraxılmasına görə ilkin mədaxil zamanı ödəniş tələb etməsə də, 4 illik kartın buraxılış qiyməti 10 manat təşkil edir.

“Kapital Bank” plastik debit kartının pulsuz olduğunu bildirsə də, kartı əldə etmək istəyən müştəridən 5 manat tələb olunur.

“Muğan Bank”ın Mastercard Standart kartlarının qiyməti 1 illik - 10 manat, 2 illik - 12 manat, 3 illik - 15 manat təşkil edir. Bank PİN-Change xidməti üçün 1 manat, internet bankçılığa görə 3 manat komissiya tutur.

“Rabitə Bank”ın mətbuat katibi Aydın Hüseynov sorğumuzu cavablandırmır və bankdan verilən məlumata görə, sözügedən mətbuat katibi ictimaiyyətə açıq deyil.

“Xalq Bank”ın Xalqkart plastik kartlarının qiyməti 1 illik - 8 manat, 2 illik - 10 manat, 3 illik - 12 manat təşkil edir.

“Yelo Bank”dan Yelokart debet kartına 300 manat/dollar/avro ilkin mədaxil olunduğu zaman bank kartı müştəriyə pulsuz təqdim olunur. Amma ilkin mədaxil olmazsa, bankın kartını 1 illik 10 manat, 3 illik isə 15 manata təkilf edilir.

Bankın Adı

Fərdi Debet Kartları

Kartın adı

Müddəti

Qiyməti

1

ABB

TamKart

5 il

0

2

Access Bank

MyCard

1 il

15

3

AFB Bank

Xüsusi adı yoxdur

1-3 il

10-25

4

ASB

Extra

1 il

15

5

Azər Türk Bank

ATB

5 il

0

6

Bank Avrasiya

Xüsusi adı yoxdur

1-3 il

0-20

7

Bank BTB

Xüsusi adı yoxdur

1-3 il

15-25

8

Bank of Baku

Bolkart

1-3 il

8-20

9

Bank Respublika

Neo

3 il

20

10

Bank VTB

X

X

X

11

Express Bank

Expresso

4 il

0-10

12

Günay Bank

Xüsusi adı yoxdur

Xüsusi adı yoxdur

Xüsusi adı yoxdur

13

Kapital Bank

Birkart

3 il

5

14

Melli İran Bankı

Debet kartı yoxdur

Debet kartı yoxdur

Debet kartı yoxdur

15

Muğan Bank

Xüsusi adı yoxdur

1-3 il

10-15

16

Naxçıvan Bank

Xüsusi adı yoxdur

1 il

10

17

Paşa Bank

Debet kartı yoxdur

Debet kartı yoxdur

Debet kartı yoxdur

18

Premium Bank

Xüsusi adı yoxdur

1-3il

10-25

19

Rabitə Bank

İctimaiyyətə açıq bank deyil

İctimaiyyətə açıq bank deyil

İctimaiyyətə açıq bank deyil

20

Turan Bank

Debet kartı yoxdur

Debet kartı yoxdur

Debet kartı yoxdur

21

UniBank

Ucard

5 il

0

22

Xalq Bank

Xalqkart

1-3 il

8-12

23

Yapı Kredi Bank

Pulkart

1 il

5

24

Yelo Bank

Yelokart

1-3 il

0-15

25

Ziraat Bank

Bankkart

1-3 il

10-19