USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Ağ Ev: Tramp İstanbulda Rusiya-Ukrayna danışıqlarını müsbət qiymətləndirir

03.06.2025 Sərfəli Banklar
0 0
Ağ Evin sözçüsü Karolin Leavitt ABŞ prezidenti Donald Trampın İstanbulda Rusiya-Ukrayna danışıqlarında gördüyü irəliləyişi müsbət qiymətləndirdiyini bildirib.

Ağ Evin sözçüsü Leavitt mətbuat brifinqində İstanbulda Rusiya-Ukrayna danışıqlarını dəyərləndirib.

Leavitt Rusiya və Ukrayna nümayəndə heyətləri arasında dünən İstanbulda keçirilən danışıqları izlədiklərini və oradakı prosesin əhəmiyyətli olduğunu bildirib.

"Bu gün səhər prezidentlə bu məsələ ilə bağlı danışdım. (İstanbulda) gördüyümüz irəliləyişləri müsbət görür. O, hər iki lideri oturub birbaşa bir-biri ilə danışmağa çağırdı və onlar bunu etdilər", - deyən Leavitt, Rusiyanın Ukrayna tərəfinə sülh memorandumu təqdim etdiyini və bu prosesdə hansı mövzularda irəliləyiş əldə olunacağını əlavə edib.

Sözçü Trampın müharibənin bitməsini çox istədiyini, lakin bu məsələdə kifayət qədər realist olduğunu bildirib və İstanbuldakı danışıqların nəticələrini yaxından izləyəcəkləri mesajını verib.

Leavitt, "Prezident bu müharibənin daha çox uzanmasını istəmir, münaqişələrin dayandırılmasını və bu məsələnin danışıqlar masası arxasında həll olunmasını istəyir" deyib.

  • Əvvəlki

    OECD Almaniya iqtisadiyyatı üçün artım proqnozunu açıqlayıb

Digər xəbərlər