USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Manatın nominal və real effektiv məzənnəsi azalıb

25.06.2025 İqtisadiyyat
0 0
Bu ilin iyunun 1-nə Azərbaycan manatının xarici valyutalara nisbətən ümumi nominal effektiv məzənnəsi 103,7 bənd təşkil edib.

Bu barədə Kommersant.az Azərbaycan Mərkəzi Bankından məlumat əldə edib.

Məlumata əsasən, bu, aylıq müqayisədə 0,7 bənd, ötən ilin eyni dövrü ilə müqayisədə isə 0,6 bənd azdır.

Eyni zamanda, cari ilin iyunn 1-nə manatın qeyri-neft sektoru üzrə nominal efektiv məzənnəsi isə 173,8 bənd təşkil edib ki, bu da aylıq müqayisədə 1,5 bənd, ötən ilin eyni dövrü ilə müqayisədə isə 0,1 bənd azdır.

Bundan başqa, 2025-ci ilin iyunun 1-nə manatın ümumi real effektiv məzənnəsi 117,5 bənd təşkil edib. Bu, aylıq müqayisədə 1,2 bənd, illik müqayisədə isə 2,6 bənd azdır.

Həmçinin, hesabat dövründə manatın qeyri-neft sektoru üzrə real effektiv məzənnəsi 113,1 bəndə bərabər olub ki, bu da aylıq ifadədə 1,5 bənd, illik ifadədə isə 3,8 bənd azalıb.