USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Virtual dünyada yaşamaq çətin olacaq

13.03.2023 Digər
8 5
Virtual dünya adlanan “metaverse” yaşama necə təsir göstərəcək? Bu sualın cavabı süni intellekt nəzəriyyəçisi ABŞ Psixoloqu Prof. Dr. Howard Qardner tərəfindən cavablandırılıb: "Virtual dünya gələcəkdə həyatı asanlaşdıra bilər, lakin insan qalmaq o qədər də asan olmayacaq"

Özəl universitet tərəfindən təşkil edilən 5-ci Beynəlxalq Pozitiv Psixologiya Konqresinin fəxri qonağı çoxillik nəzəriyyəsi ilə tanınan ABŞ alimi Prof. Dr. Howard Qardner konqresə onlayn qatılıb. O bildirib ki, gələcəkdə avatarla təmsil olunan istifadəçilərin alış-veriş edə, sosiallaşa, asudə vaxtlarda iştirak edə bildiyi virtual aləmdə - "Metaverse"də insan qalmağın asan olmayacağını bildirib.

Prof. Dr. Qardner heyrətləndirən açıqlamalar verib. Alim kompüter sisteminin hökm sürdüyü dünyada ən çox depressiyaya düşənlərin 12-15 yaş arası qızlar olduğunu, ikinci yerdə isə eyni yaşda olan oğlanların gəldiyini ifadə etdi.

"Depressiyanın əsas səbəbi pandemiya və sosial mediadır. Qızlar üçün o qədər çətindir ki, onlar daim özlərini kiminləsə, bəlkə də "mükəmməl" qızlarla müqayisə edirlər. Deməli, növbəti əsrdə bəlkə də bu insanlıq problemi olacaq”, - deyə Qardner bildirib.

  • Əvvəlki

    “Ali təhsil haqqında” qanun layihəsində kolleclərin ali təhsilin bir hissəsi kimi tanınması təşəbbüsü var” - Emin Əmrullayev

Digər xəbərlər