USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Şimşək çaxacaq, yağış yağacaq - HAVA HAQQINDA

19.04.2019 İqtisadiyyat
0 0
Sabaha olan hava proqnozu açıqlanıb.

"Kommersant.az" xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə:

Bakıda və Abşeron yarımadasında aprelin 20-də arabir yağış yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 5-7, gündüz 8-12, Bakıda gecə 5-7, gündüz 9-11 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi normadan yüksək 763 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək, nisbi rütubət 80-90 faiz olacaq.

Azərbaycanın rayonlarında aprelin 20-də şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 5-9, gündüz 10-15, dağlarda gecə 0-4, gündüz 5-10 dərəcə isti təşkil edəcək.

  • Əvvəlki

    "Premium Bank"ın faiz gəlirləri kəskin azalıb - HESABAT

Digər xəbərlər