USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Ölkədə toxumçuluqla bağlı ciddi işlər görülməlidir” – Vahid Məhərrəmov

07.07.2023 İqtisadiyyat
14 12
“Ölkədə toxumçuluq sahəsində ciddi işlərin aparılmasına ehtiyac var”.

Kommersant.az xəbər verir ki, bu sözləri kənd təsərrüfatı məsələləri üzrə ekspert Vahid Məhərrəmov qarpız əkini ilə məşğul olan fermerlerin yerli toxumun məhsuldarlığının az olması, buna görə də xarici sort toxumlara üstünlük verməsi ilə bağlı söylədiklərini şərh edərkən deyib.

Vahid Məhərrəmov bildirir ki, Azərbaycanda toxumçuluğu inkişaf etdirmək mütləq lazımdır, lakin təəssüf ki, bununla məşğul olunmur:

“Bu sahə ilə ciddi elm işçiləri, alimlər məşğul olmalıdır. Bu sahəyə maraqları olması üçün həm də fermerlər də cəlb edilməlidir.

Seleksiya, genetika, toxumçuluq, bu işlər boş buraxılıb” .

Vahid Məhərrəmovun sözlərinə görə, bizdə toxumlar üzərində iş getmədiyi üçün məhsulun keyfiyyəti, məhsuldarlıq aşağı düşdü və toxumlar zamanın tələbinə cavab vermədi:

“Fermerlər də məcburiyyət qarşısnda qalıb bu toxumları xarici ölkələrdən idxal etdilər. Xarici ölkələrdə bu sahə ilə ciddi məşğul olur, yeni toxumlar yetişdirirlər. Həmin toxumlar da daha məhsuldar, daha keyfiyyətli və daha qısa müddətə məhsul verə bilirlər”.

Ekspert qeyd edir ki, yetişdirildiyi ölkənin iqliminə uyğun olan toxumların məhsuldarlığı bizdə nə qədər az olsa da, yerli toxumlardan daha çox məhsul almaq olur:

“ Ona görə də bizim fermerlər həmin toxumu almaqda maraqlı olurlar. Əgər məhsuldarlıq az olsa, fermerlər heç bu toxumları almaq üçün vəsait xərcləməzlər”.

Vahid Məhərrəmov bildirir ki, biz çalışmalıyıq ki, ölkədə torpaq, iqlim şəraitinə uyğun toxumçuluğu inkiaf etdirək:
“Toxumçuluqla bir neçə il məşğul olub, daha sonra yetişdirmirsənsə, bu zaman yenidən xarici ölkələrə müraciət etməli olursan.
Əvvəl öz toxumlarımızdan istehsal olunan məhsulu uzun müddət saxlamaq olurdu. Məsələn, yetişdirlən qarpızı Novruz bayramına qədər saxlamaq olurdusa, indi ölkəyə gətirlən toxum sortlarından alınan qarpızı hətt oktyabra qədər saxlamaq olmur”
Toxumçuluq elə bir sahədir ki, onunla daim olaraq məşğul olmalısan, əgər iş dayandırılsa sonradan daha çətin olar. Bizdə isə bu dayandırlıb. Biz nə qədər də desək də eşidilmir. Təkcə qarpız toxumu deyil, digər yerli toxumların da yetişdirlməsində ciddi problemlər var. Əksər tərəvəz toxumunu xairicdən idxal edirik. Məsələn xaricdən ərzaqlıq kartofu alıb toxum adı ilə istifadə edirlər. Ona görə də məhsuldarlıq aşağı olur”.