USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Yelo Bank”ın səhmdarları yığıncaq keçirəcək

16.05.2025 Bank
0 0
02 iyul 2025-ci il tarixdə saat 11:00-da “Yelo Bank” ASC səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.

Kommersant.az xəbər verir ki, yığıncaq Bakı şəhəri, AZ1122, Həsən bəy Zərdabi küçəsi, 81k ünvanında yerləşən “Yelo Bank” ASC-nin Baş ofisində baş tutacaq.

Yığıncaqda aşağıdakı məsələlərin müzakirəsi nəzərdə tutulub.

1. “Yelo Bank” ASC-nin 2024-cü il üzrə maliyyə hesabatının və kənar auditinin nəticələrinə baxılması.
2. Yığıncağın gündəliyində duran cari və təşkilati məsələlərə baxılması.

Yığıncaqda iştirak etmək üçün şəxsiyyət vəsiqəsi və müvafiq səlahiyyət təsdiqedici sənədlər təqdim edilməlidir.