USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Ötən ay göstərilən tibbi xidmətlərin sayı - AÇIQLANDI

22.05.2025 İqtisadiyyat
0 0
TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində 2025-ci ilin aprel ayı ərzində ümumilikdə 2 464 844 müraciət qeydə alınıb.

Kommersant.az xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.

Bildirilib ki, bunlardan 48 114-ü stasionar, 2 416 730-u ambulator olub.

"2024-cü ilin eyni dövrü ilə müqayisədə müraciətlərin ümumi sayında 14 % artım qeydə alınıb.

Aprel ayında göstərilən xidmət sayında da ötən ilin eyni dövrü ilə müqayisədə artım müşahidə olunub. Belə ki, aprel ayı ərzində 8 815 400 (1 027 233 stasionar, 7 788 167 ambulator olmaqla) tibbi xidmət göstərilib. Tibb müəssisələrində göstərilən xidmətlərin ümumi sayı ötən ilin eyni dövrü ilə müqayisədə 23 % artıb.

Tibb müəssisələri üzrə vətəndaşlara göstərilən laborator xidmətlərdə də artım qeydə alınıb. Aprel ayı ərzində 3 765 965 sayda laborator müayinələr aparılıb ki, onların da 505 042-si stasionar, 3 260 923-ü ambulator olub. Beləliklə, tibb müəssisələrində göstərilən laborator xidmətlərin ümumi sayında 2024-cü illə müqayisədə 27 % artım qeydə alınıb.

Ay ərzində cərrahi əməliyyat və prosedurların sayı isə 33 937 (31 397 stasionar, 2 540 ambulator olmaqla) olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə əməliyyat və prosedurların sayında 1 % artım qeydə alınıb",- deyə məlumatda qeyd edilib.

  • Əvvəlki

    Tesla və SpaceX-in reputasiyası çökdü

Digər xəbərlər

22.05.2025 İqtisadiyyat
Azərbaycan nefti bahalaşıb
0 0
22.05.2025 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0