USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

SOCAR və BP Türkiyədə 1,8 milyard dollarlıq layihə reallaşdıracaq

29.04.2019 İqtisadiyyat
0 0
SOCAR ilə BP-nin birgə Türkiyədə inşa etməyi planlaşdırdığı yeni neft-kimya müəssisəsinin təməli bu ilin sonu və ya 2020-ci ildə qoyulacaq.

"Anadolu" agentliyi xəbər verir ki, bu barədə SOCAR-ın Sərmayələr İdarəsinin rəisi, "SOCAR Turkey"in direktorlar şurasının sədri Vaqif Əliyev deyib.

Məlumatda bildirilir ki, o qeyd edib ki, təqribən 1,8 milyard dollar investisiya dəyəri olan bu layihə Türkiyədəki digər layihələrimiz kimi önəmlidir. Müəssisə istismara verildiyi zaman Türkiyənin illik təxminən 1 milyon tonluq təmizlənmiş tereftal turşusu (PTA) idxalı sıfıra enəcək. Paraksilol (PX) məhsulları üzrə idxal edilən 800 min tonluq məhsul isə Türkiyədə istehsal ediləcək. Yeni zavodun 2023-cü ildə istifadəyə verilməsi gözlənilir.

Xatırladaq ki, ötən il dekabrın 20-də BP və "SOCAR Turkey" (STEAŞ) Türkiyədə dünya miqyaslı neft-kimya kompleksinin tikilməsi və onun idarəçiliyinin həyata keçirilməsi üçün birgə müəssisə yaradılması planlarının dəyərləndirilməsinə dair saziş prinsiplərini imzalayıblar.

Fins.az

  • Əvvəlki

    Azərbaycan və Türkiyə pambıqçılıq sahəsində əməkdaşlıq edəcək

Digər xəbərlər