Azərbaycanın energetika naziri Pərviz Şahbazov Vtyanada keçiriləcək OPEC və OPEC+ ölkələrinin nazirlərinin görüşündə iştirak edəcək.
"Kommersant.az" xəbər verir ki, bu barədə energetika nazirinin müşaviri, Energetika Nazirliyinin mətbuat xidmətinin rəhbəri Zəminə Əliyeva deyib.
"Nazir 1-2 iyul tarixlərində Vyanada keçiriləcək OPEC+ ölkələrinin nazirlərinin görüşünə dəvət olunub və həmin görüşdə iştirak etməyi planlaşdırır", - Əliyeva qeyd edib.
Xəbər verildiyi kimi, görüşdə neft hasilatının məhdudlaşması üzrə sazişin, həmçinin hansı şərtlərlə uzadılmasına dair qərar qəbul olunacaq.
Öncə OPEC və OPEC+ ölkələrinin nazirlərinin görüşünün keçirilməsi 25-27 iyun tarixlərində planlaşdırılırdı. Lakin sonra RF və Səudiyyə Ərəbistanı energetika nazirləri Aleksandr Novak və Xalid al-Falix qeyd ediblər ki, həmin dövrdə Yaponiyada G20 sammiti keçiriəcəyi səbəbindən həmin tarixlər münasib deyil.