USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycan iyunda gündəlik neft hasilatını azaldıb

10.07.2019 İqtisadiyyat
0 0
Azərbaycanda iyun ayı üzrə gündəlik neft hasilatı 768 min barel olub ki, bu da may ayı ilə müqayisədə 1,04% azdır.

"Kommersant.az" xəbər verir ki, iyun ayında gündəlik hasil edilən 695 min barelini xam neft, 73 min barelini kondensat təşkil edib. Gündəlik 471 min barel xam neft, 72 min barel kondensat, 19,2 min barel isə neft məhsulları ixrac edilib.

Gündəlik neft hasilatının 776 min barel həcmində saxlanılmasına dair razılaşma çərçivəsində Azərbaycan hasilatı sutkada 20 min barel azaltmaqla bağlı götürdüyü öhdəliyi tam yerinə yetirib. Qeyd edək ki, cari ilin yanvar-iyun aylarında orta gündəlik neft hasilatı 771 min barel təşkil edib.

Energetika Nazirliyi iyun ayında gündəlik neft hasilatı ilə bağlı məlumatları OPEC-in Birgə Monitorinq Komitəsinin Müştərək Texniki Komissiyasına təqdim edib.

Ötən ilin dekabrın 7-də OPEC+ üzrə neft hasilatının gündəlik 1,2 milyon barel azaldılması ilə bağlı imzalanmış "Əməkdaşlıq Bəyannaməsi"nin müddəti cari ilin 1 iyul tarixindən 2020-ci ilin I rübünün sonunadək uzadılıb.

  • Əvvəlki

    Azərbaycan internetin sürətinə görə dünya reytinqində 141-ci olub

Digər xəbərlər

28.03.2024 İqtisadiyyat
Dünya birjalarında neft neçəyə satılır?
0 0
28.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0
27.03.2024 İqtisadiyyat
Apple panoramik ekranlı iPhone-u icad etdi
0 0