USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Ceyranbatandan Qalaya su xətti çəkiləcək

10.07.2019 İqtisadiyyat
0 0
“Ceyranbatan su anbarından Qala istiqamətinə su xəttinin çəkilməsi barədə təklif Nazirlər Kabinetinə göndərilib”.

"Kommersant.az" xəbər verir ki, bunu “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı Hacıqabulda Kürsutəmizləyici qurğular kompleksinə təşkil olunan infoturda jurnalistlərə deyib.

O qeyd edib ki, hökumətə təqdim olunan təkliflər paketində Ceyranbatan su anbarından Qala kəndi istiqamətinə magistral su xəttinin çəkilişi, Şirvan-Muğan su qrupundan Neftçala rayonuna 40 kilometrlik magistral xəttin çəkilişi və Bakı şəhərində yağışbasma ərazilərinin kanalizasiya sisteminin yenidən qurulması nəzərdə tutulub”.