USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycan neft hasilatını azaldıb, qaz hasilatını isə artırıb

18.10.2019 İqtisadiyyat
0 0
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda xam neft hasilatı azalıb, qaz hasilatı isə artıb.

"Kommersant.az" Dövlət Statistika Komitəsinin göstəriciləri əsasında apardığı hesablamalarına görə, cari ilin yanvar-sentyabr aylarında Azərbaycanda xam neftin (qaz kondensatı daxil olmaqla) hasilatı 28,22 mln. ton təşkil edib ki, bu da 2018-ci ilin analoji dövrü ilə müqayisədə 2,7% azdır.

Qeyd edək ki, Azərbaycanda hasil edilən neftin böyük hissəsi "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqları blokunun payına düşür. Bu ilin aprelində AÇG blokunda yerləşən "Mərkəzi Azəri" platformasında planlaşdırılmış təmir işləri səbəbindən hasilat dayandırılmışdır və bu da ölkədə neft hasilatının azalmasına öz təsirini göstərib.

Bundan başqa, 2019-cu ilin yanvar-sentyabr aylarında ölkədə 26 mlrd. kubmetrə yaxın qaz hasil edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 16,8% çoxdur. Ölkədə hasil edilən "mavi" yanacağın 17,9 mlrd. kubmetri əmtəəlik qazın payına düşüb (artım 29,3%).

Azərbaycanda qaz hasilatının kəskin artması "Şahdəniz" yatağının ikinci mərhələsinin reallaşdırılması ilə əlaqədardır.

  • Əvvəlki

    “İcazəsiz mitinqə qatılanlar haqda sərt tədbir görüləcək” - Rəsmi xəbərdarlıq

Digər xəbərlər

25.04.2024 İqtisadiyyat
Azərbaycan nefti bahalaşıb
0 0
25.04.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0