USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycan nefti ucuzlaşıb

11.07.2025 İqtisadiyyat
0 0
İtaliyanın Augusta limanında Azərbaycanın "Azeri Light" markalı neftinin CIF bazisi üzrə qiyməti əvvəlki göstərici ilə müqayisədə 1,62 ABŞ dolları və ya 2,13% azalaraq 74,4 dollar/barel təşkil edib.

Məlumata görə, Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” markalı neftin bir barelinin qiyməti 1,65 dollar və ya 2,2% ucuzlaşaraq 73,18 dollar təşkil edib.

URALS markalı xam neftin qiyməti əvvəlki göstərici ilə müqayisədə 1,83 dollar və ya 3,05% azalaraq, 58,04 dollar/barelə bərabər olub.

Şimal dənizində hasil edilən “Dated Brent” markalı neftin qiyməti əvvəlki göstərici ilə müqayisədə 1,95 dollar və ya 2,69% azalaraq 70,59 ABŞ dolları təşkil edib.

Azərbaycanın 2025-ci il üçün dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.

  • Əvvəlki

    Yelo Bank-ın yay təcrübə proqramı — “Summer Challenge” başladı

Digər xəbərlər

11.07.2025 İqtisadiyyat
Tramp Kanada mallarına 35% tarif elan edib
0 0
11.07.2025 İqtisadiyyat
Dəmir filizi qiymətləri artır
0 0