USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Azərenerji”nin stansiyalarının özəlləşdirilməsinə hazırlıq gedir

21.10.2019 İqtisadiyyat
0 0
Azərbaycan hökuməti “Azərenerji” ASC-nin tabeliyində olan elektrik stansiyalarının özəlləşdirilməsinə hazırlaşır.

"Kommersant.az" xəbər verir ki, bu barədə qurumdakı mənbə bildirib.

Onun sözlərinə görə, bununla bağlı hökumətlə "Azərenerji" arasındakı danışıqlar yekunlaşmaq üzrədir.

"Mingəçevirdəki "Azərbaycan" İES istisna olmaqla bütün stansiyalar mərhələli şəkildə özəlləşdirməyə çıxarılacaq. Adı çəkilən stansiya ölkənin elektrik enerjisinə olan tələbatının 30%-ni ödəyir və strateji əhəmiyyət daşıyır. Buna görə də onun özəlləşdirilməsinə razı ola bilməzdik. Hökumətlə müzakirələrdə bu istəyimiz nəzərə alındı. Digər stansiyaların özəlləşdirilməsi prosesinin 5-10 il ərzində yekunlaşacağını güman edirik", - deyə mənbə qeyd edib. (Report.Az)