USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bu rayonlarda yeni yaşayış massivlərinə qaz verilib

26.10.2019 İqtisadiyyat
0 0
Lənkəran rayonunun Liman şəhərindəki yeni yaşayış massivinə qaz verilib.

Bu barədə "Kommersant.az"a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.

Burda 52 abonent mavi yanacaqdan istifadə imkanı qazanıb. Bundan başqa, Cəlilabad rayonunun Səttərxan küçəsindəki yeni massivdə də 131 abonent qazla təmin olunub.

Qeyd edək ki, Dövlət Proqramı əsasında "Azəriqaz" İstehsalat Birliyi tərəfindən 2019-cu ildə regionlarda 61 yaşayış məntəqəsində və 31 yeni yaşayış massivində qazlaşdırılma işlərinin aparılması nəzərdə tutulub. Bunlardan 46-na təbii qaz verilib, 5-də hal-hazırda işlər davam etdirilir, qalan məntəqə və massivlərdə qazlaşma işləri yekunlaşaraq yaxın zamanlarda təbii qazın verilməsi təmin olunacaq.

  • Əvvəlki

    Bazar gününə olan hava proqnozu

Digər xəbərlər