USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Avqustda hərraclarda dollar satışı 2 dəfəyə yaxın artıb

03.09.2019 Bank
0 0
Azərbaycan Respublikası Dövlət Neft Fondu tərəfindən 2019-cu ilin avqust ayı ərzində 815,4 milyon ABŞ dolları məbləğində vəsait satılıb.

"Kommersant.az" xəbər verir ki, bu barədə fonddan məlumat verilib.

Müqayisə üçün qeyd edək ki, 2019-cu ilin iyul ayı ərzində 434,9 milyon ABŞ dolları məbləğində vəsait satılımışdı. Beləliklə, iyul ayı ilə müqayisdə Avqust ayında Dollar satışı 1,9 dəfə artıb.

2019-cu ilin iyun ayı ərzində isə 315,9 milyon ABŞ dolları məbləğində vəsait satılmışdı.