İpoteka və Kredit Zəmanət Fondunun istiqrazları yerləşdirildi

17.05.2018 Maliyyə
17 may 2018-ci il tarixində Bakı Fond Birjasında İpoteka və Kredit Zamanət Fondu ASC – nin AZ2028008681 ISIN-li, 20 mln manat həcmində, 23 il (8280 gün) tədavül müddətli ipoteka istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir

"Kommersant.Az" xəbər verir ki, yerləşdirmə zamanı hərrac qiyməti 1 002,3333AZN olmuşdur.

Sifarişlərin nominal qiymətlə ümumi məbləği 20 000 000,00 manat olmuşdur.

İstiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi 20 000 000,00 manat təşkil etmişdir.

İstiqrazların ödəmə tarixi 19 dekabr 2040-ci ildir.

VTB