“Biz bu riski başa düşürük”: Elman Rüstəmovdan məzənnə açıqlaması

26.04.2019 Maliyyə
AMB Sədri: Açıq demək lazımdır ki, bu gün başlıca lövbərimiz məzənnədir."

“Manatın sabitliyi ölkədə makro-iqtisadi sabitliyin başlıca lövbərdir. Elmi ədəbiyyatda da profisional dildə də ona lövbər deyilir. Bu günlər bütövlükdə inflyasiyaya təsir edən ən mühüm amil manatın məzənnəsidir, bu reallıqdır. İstehlak səbətində idxal mallarının həcmi olduqca böyükdür.”

Bunu Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti sədri Elman Rüstəmov press-konfransda “Banker.az”ın sualına şərh kimi bildirir. Sual isə “Moody’s”un dollar/manata (USD/AZN) cütlüyünün məzənnəsi üçün verdiyi proqnozdur.

Baş bankir bildirir ki, manatın məzənnəsində dəyişiklik istehlak qiymətlərinə necə təsir edir etdiyini görmüşük, lakin digər tərəfdən “üzən məzənnə” və ya “çevik məzənnə”yə keçid üzərində Azərbaycan Mərkəzi Bankı olduqca böyük işlər görür və proqramlar üzərində çalışır: “Bunun ən başlıca istiqaməti inflyasiyanın hədəflənməsinə rejiminə keçiddir. Biz alternativ elə bir lövbər yaratmalıyıq ki, inflyasiyanı onun vasitəsi ilə daha yaxşı idarə etməklə tədricən “üzən məzənnə” rejiminə cəsarətlə keçidi reallaşdıra bilək. Bu böyük bir ilə bölünmüş mərhələdir, ciddi şərtləri var. Ciddi istiqamətli islahatlar həyata keçirmək lazımdı. Bu şəraitdə manatın məzənnəsini qorumağa məcburuq. “Moody’s” qeyd etdiyi istehlakçıların maraqları kontekstində aiddir: onların ciddi sosial; həm də makro-iqtisadi əhəmiyyəti var. Yüksək inflyasiya istehlakı məhdudlaşdırmaqla iqtisadi artıma ciddi və mənfi təsir göstərir. Bu baxımdan iqtisadi məqsədə uyğunluq baxımından sabit məzənnə, dayanıqlı aşağı inflyasiya heç bir şübhə doğurmur. Açıq demək lazımdır ki, bu gün başlıca lövbərimiz məzənnədir.”

AMB sədrinin cavabının ardında bildirir ki, risk bizə yaxşı məlumdur həm hüquqi həm də fiziki şəxslər məzənnənin sabitliyin öyrənib öz valyuta risklərini idarə etməkdən yayınırlar: “Biz bu riski başa düşürük. Amma bütövlükdə bizim kimi iqtisadi struktura malik ölkələrdə məzənnənin sabitliyini qoruyan ən başlıca amil büdcə dayanıqlığıdır. Əvvəlki dövrlərdə yaşadığımız böhranın səbəb də neftin qiymətinin dünya bazarlarındakı volatillik olub.”

Qeyd edək ki, “Moody’s” beynəlxalq reytinq agentliyi Azərbaycan hökumətinə və AMB xəbərdarlıq edərək manatın 2015-ci ilin dekabr ayında “üzməyə” başladığı, amma 2017-ci ilin əvvəlindən manatın ABŞ dollarına qarşı çox sabit olduğu deyilib. “Moody’s”in fikrincə məzənnədə qeyri-sabitliyin olmaması sual doğurur, çünki “üzən məzənnə” rejimi barədə MB-nin öhdəliyi var idi. Məzənnəsinin sabit qalması müəssisələr və istehlakçıların arxayınçılığı ilə nəticələnə bilər.

VTB