USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Metanın gəliri ilin birinci rübündə artıb

25.04.2024 İqtisadiyyat
0 0
“Facebook”, “Instagram” və “WhatsApp”ın sahibi olan “Meta”nın gəliri bu ilin birinci rübündə 27 faiz artaraq 36,5 milyard dollara çatıb.

Meta yanvar-mart dövrü üçün balans hesabatını açıqladı. Şirkətin gəliri bu ilin birinci rübündə 27 faiz artaraq 36,5 milyard dollar olub. Meta 2023-cü ilin birinci rübündə 28,6 milyard dollar gəlir əldə edib.

Şirkətin bu dövrdəki gəliri 36,2 milyard dollarlıq bazar gözləntilərini üstələyib.

Metanın xalis mənfəəti bu ilin ilk rübündə 117 faiz artaraq 12,4 milyard dollara çatıb. Şirkət 2023-cü ilin birinci rübündə 5,7 milyard dollar mənfəət açıqlayıb.

Şirkətin 2023-cü ilin birinci rübündə 2,20 dollar olan səhm üzrə mənfəəti bu ilin eyni dövründə 4,71 dollara yüksəlib.

Mart ayının sonuna olan məlumata görə, Meta-nın işçilərinin sayı keçən illə müqayisədə yüzdə 10 azalaraq 69 min 329-a düşüb.

  • Əvvəlki

    ABŞ təsdiqləyir: ballistik raketlər gizli şəkildə Ukraynaya çatdırılıb

Digər xəbərlər