USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Facebook”da 25 hesabı "sındırıb" pullarını oğurladı - GÜRCÜSTANDA

08.06.2020 İqtisadiyyat
0 0
Tbilisidə kompüter sisteminə icazəsiz daxil olmaq ittihamı ilə bir nəfər saxlanılıb.

Gürcüstan mətbuatı xəbər verir ki, şübhəli bilinən şəxs 2019 -cu ilin dekabr ayından, 2020-ci ilin may ayı dövrü ərzində, vətəndaşların Facebook profillərinə icazəsiz girərək onların dostlarını aldadıb və öz hesabına müxtəlif miqdarda pul köçürtdürüb.

O həmçinin həmin insanların bank kartlarının məlumatlarını ələ keçirərək oradan özünə külli miqdarda pul da köçürüb.

Daxili İşlər Nazirliyindən verilən məlumata əsasən 20 yaşlı A.B cinayət yolu ilə ümumilikdə 25 vətəndaşdan 27 546 lari dəyərində pul mənimsəyib.

Gürcüstan Cinayət Məcəlləsinin 180, 284 və 286 bəndlərinə əsasən faktla bağlı istintaq başlanılıb. Cinayət 4 ildən 7-ilədək həbs cəzası nəzərdə tutur.

  • Əvvəlki

    Dünyada koronavirusa yoluxanların sayı 7 milyonu ötüb

Digər xəbərlər