USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“iPhone 13”ün xüsusiyyətləri açıqlanıb

05.02.2021 İqtisadiyyat
0 0
Yeni “Apple” smartfonları təkmilləşdirilmiş kamera sistemi ilə təchiz ediləcək.

Buraxılışı 2021-ci ilə planlaşdırılan "iPhone" modellərinin əsas xüsusiyyəti yeni kamera olacaq. Mütəxəssislər dəqiqləşdirib ki, qurğuların enlibucaqlı obyektivləri təkmilləşdirilmiş (f/2.4-dən f/1.8-dək) apertura ilə təchiz olunacaq.

Bildirilir ki, müvafiq yeniləmə qurğunun kamerasına daha çox işıq almağa imkan verəcək ki, bu da pis işıqlandırma şəraitində çəkilən fotoşəkil və videonun keyfiyyətini artıracaq. "Barclays" analitikləri əmindir ki, təkmilləşdirilmiş kameralarla "iPhone 13" seriyalı bütün smartfonlar təchiz ediləcək. Həmçinin "13 Pro" və "13 Pro Max" modellərində teleobyektivlər "f/2.2" aperturasına və 65 millimetr fokuslama məsafəsinə malik olacaq ki, bu da kameranın xüsusiyyətlərini yaxşılaşdıracaq. Komponent hissələrin tədarükü ilə "Cirrus Logic" şirkəti məşğul olacaq.