USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Trampın çılğın planı: Tarif gəlirləri vətəndaşlar üçün dividendlər verir

04.08.2025 Siyasət
0 0
ABŞ prezidenti Donald Tramp ölkənin ticarət siyasətləri ilə bağlı yeni açıqlaması ilə gündəmə gəlir. O, tariflərdən əldə edilən gəlirin bir hissəsinin birbaşa əhaliyə paylana biləcəyini açıqladı və xüsusilə orta və aşağı gəlirli vətəndaşlar üçün divident kimi ödəniş planının nəzərdən keçirilməsini təklif etdi.

ABŞ prezidenti Donald Tramp yeni iqtisadi təklifi ilə ictimaiyyətə çıxıb.

Tramp dünyanın demək olar ki, hər bir ölkəsinə tətbiq edilən yüksək tariflərdən əldə edilən gəlirlərin birbaşa Amerika xalqına “dividend” kimi paylana biləcəyini açıqlayıb.

Tramp Nyu-Cersi qolf klubunu tərk etməzdən əvvəl, "Ölkəmizin insanları üçün bir bölgü və ya divident ola bilər. Xüsusilə orta və aşağı gəlirli vətəndaşlarımız üçün divident nəzərdə tuta bilərik" dedi.

Yeni siyasət siqnalı?

ABŞ administrasiyası Çin başda olmaqla bir çox ölkəyə idxal rüsumlarını artıraraq milyardlarla dollar əlavə gəlir əldə edir. Lakin bu tədbirlər vaxtaşırı qiymət artımına və daxili bazarda istehlakçıların reaksiyasına səbəb olub.

Trampın son bəyanatı bu tənqidləri aradan qaldırmaq üçün iqtisadi faydaların birbaşa ictimaiyyətə ötürülə biləcəyini göstərir. Həmçinin hesab edilir ki, bu təklif seçki kampaniyasının sosial dəstək sütununda görkəmli xüsusiyyət ola bilər.