USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Tramp: Kanadanın Fələstinə doğru addımını bəyənmirəm

01.08.2025 Siyasət
0 0
ABŞ prezidenti Donald Tramp Kanadanın Fələstini tanımaq addımını bəyənmədiyini bildirib.

ABŞ prezidenti Donald Tramp Kanadanın Fələstini tanımaq planlarını şərh edərkən, "Kanadanın Fələstini tanımaq üçün atdığı addımı bəyənmirəm" deyib.

Kanadanın baş naziri Mark Karninin Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 2025-ci ilin sentyabrında keçiriləcək 80-ci sessiyasında Fələstin Dövlətini tanıyacaqlarını bəyan etməsindən sonra ABŞ prezidenti Donald Tramp hədələyici bəyanatla çıxış edib. Truth Social sosial media platformasında verdiyi açıqlamada Tramp, "Vay! Kanada indicə Fələstin dövlətçiliyinə dəstəyini açıqladı. Bu, bizim onlarla ticarət razılaşması əldə etməyimizi çox çətinləşdirəcək. Ah, Kanada" söyləyib.

  • Əvvəlki

    İsrail BƏƏ-dən diplomatlarını təxliyə etmək qərarına gəlib

Digər xəbərlər