USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İsraildə Netanyahuya və orduya inam azalıb

04.08.2025 Siyasət
0 0
İsraildə keçirilən sorğu, baş nazir Netanyahu və hökumətinə inamın əhəmiyyətli dərəcədə azaldığını üzə çıxarıb. Respondentlərin 76 faizi hökumətə ya etibar etmir, ya da etibarını itirib. İctimaiyyətin 61 faizi ordunun mövcud üsullarının məhbusların azad edilməsinə yardımçı olmadığına inanır, 52 faizi isə məhbusların dəyişdirilməsi ilə bağlı razılaşmanın əldə olunmamasına görə hökumətin birbaşa məsuliyyət daşıdığını düşünür.

İsrail Milli Təhlükəsizlik Araşdırmaları İnstitutunun 24-28 iyul tarixləri arasında 958 nəfər arasında keçirdiyi sorğuya əsasən, Netanyahuya inam 35 faizdən 30 faizə düşüb. Respondentlərin 76 faizi ya hökumətə güvənmədiyini, ya da inamının azaldığını bildirib.

Sorğu həmçinin göstərib ki, orduya inam iyunun sonundakı 83 faizdən iyulun sonunda 77 faizə düşüb.

Baş Qərargah rəisi Eyal Zamirə etimad 69 faizdən 62 faizə, hərbi sözçünün açıqlamalarına inam isə 63 faizdən 56,5 faizə düşüb.

Məhkumların qaytarılmasına ümidsizlik
İsraillilərin 61 faizi ordunun Qəzza zolağına hazırkı yanaşmasının israilli məhbusların azad edilməsinə töhfə verməyəcəyinə inanır.

Respondentlərin 40,5 faizi hesab edir ki, ordu nə məhbusların qaytarılmasına, nə də HƏMAS-ın məhvinə töhfə verib.

  • Əvvəlki

    Rusiya və Çin Yapon dənizində təlimlərə başlayıb

Digər xəbərlər