USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Satışlar artsa da, SOCAR-ın xalis mənfəəti kəskin azaldı - Hesabat

04.06.2019 İqtisadiyyat
0 0
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) 2018-ci il üçün maliyyə konsolidə olunmuş hesabatını açıqlayıb.

"Kommersan.az" xəbər verir ki, auditi "E&Y Azerbaijan" aparıb.

Hesabat zamanı məlum olub ki, şirkət ümumi gəlirlərini əvvəlki illə müqayisədə artıraraq 111,2 milyard manata çatdırıb. 2017-ci ildə bu 92,57 mlrd. manat təşkil edirdi. Satışların maya dəyəri 105,5 milyard manat, xalis əməliyyat xərcləri isə 2,1 milyard manat təşkil etmişdir. Ötən ildə şirkətin əməliyyat gəliri artaraq, 3,6 milyard manata çatmışdır.

"SOCAR-ın fəaliyyət göstərdiyi bəzi xarici ölkələrdə valyuta kursunun dəyişkənliyi xərclərin artımına səbəb olsa da, Şirkət 2018-ci ili mənfəətlə başa vurmağa nail olmuşdur," deyə Şirkətin hesabatında deyilir.

Beləliklə, şirkətin xalis mənfəəti 2018-ci ildə 2017-ci illə müqayisədə 43% azalaraq 1,2 milyard manat təşkil etmişdir. Öncəki ildə 2,1 milyard manat idi.

Hesabat ilində xam neftin satışından 58,5 milyard manat, neft məhsullarının satışından isə 40,1 milyard manat əldə edilmişdir.

Banker.az

  • Əvvəlki

    Lizinq şirkəti sığorta şirkətinin səhmdarı oldu

Digər xəbərlər