USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanda onlayn kassalar tətbiq olunacaq

04.06.2019 İqtisadiyyat
0 0
Yaxın gələcəkdə Azərbaycanda onlayn rejimdə işləyən kassaların tətbiqinə başlanacaq.

"Kommersant.az" xəbər verir ki, bunu bu gün Vergilər nazirinin müavini Sahib Ələkbərov Sahibkarlar gününə həsr edilmiş "Dövlət sahibkarın ən yaxşı tərəfdaşıdır" adlı konfransda çıxış edərkən bildirib.

Onun sözlərinə görə, artıq test rejimində bu işlərə başlanılıb: "Nazirlər Kabinetinin təsdiq etdiyi qrafikə uyğun olaraq onlayn kassa aparatları təsdiq olunacaq. Bu zaman da sahibkarların üzərinə əlavə yük düşməyəcək. Amma bu sahədə də vərdişlərlə bağlı problemlər var. Uzun müddət formalaşmış vərdişləri dəyişmək çətindir. Lakin bu vərdişlərin dəyişməsini uzun müddət gözləyə bilmərik".

ONA

  • Əvvəlki

    Satışlar artsa da, SOCAR-ın xalis mənfəəti kəskin azaldı - Hesabat

Digər xəbərlər

11.10.2024 İqtisadiyyat
Azərbaycan nefti bahalaşıb
0 0
10.10.2024 İqtisadiyyat
Saxta məhsullara yeniləri əlavə edilib
0 0