USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Əmək haqqının hesablanması - ƏGƏR SİZ 500 MANAT ALIRSINIZSA

04.02.2019 İqtisadiyyat
0 0
Xəbər verdiyimiz kimi, əmək münasibətlərinə məsul olan müvafiq dövlət qurumları tərəfindən Əmək Məcəlləsinin 150-dən çox maddəsinə redaktə, düzəliş və əlavə tipli dəyişikliklər barədə layihə hazırlanıb.

"Kommersant.az" xəbər verir ki, bu yazda orta əmək haqqının hesablanması qaydasına edilən dəyişiklik haqqında məlumat verəciyik.

Əmək Məcəlləsininin "Orta əmək haqqı və onun hesablanması qaydası" adlı 177-ci maddəsinə aşağıdakı dəyişiklik təklif edilir:

177-ci maddə üzrə:

2-ci hissəyə aşağıdakı redaksiyada cümlə əlavə edilsin:

Bu halda qismən ödənişli sosial məzuniyyət və digər üzürlü səbəbdən işçinin əvvəlki iki təqvim ayı ərzində əmək haqqı olmadıqda bir günlük əmək haqqı aylıq tarif (vəzifə) maaşını normal iş vaxtı üzrə aylıq orta iş günlərinin sayına bölməklə tapılır.;

Təklif olunan dəyişiklikdə məqsəd işçinin xeyrinə olan dəyişiklikdir. Fikrimizi misalla izah edək ki, işçininin əmək haqqısı 500 manatdır. Öncəki ayda işçi qismən sosial vəya ödənişsiz məzuniyyətdə olduğu üçün əmək haqqı hesablanmayıb. Qüvvədən olan Əmək Məcəlləsinə əsasən bu istisna hal kimi qəbul EDİLMİR. Qanunvericiliyə əsasən, əmək məzuniyyəti dövrü üçün verilən əmək haqqı istisna olmaqla qalan bütün hallarda işçinin orta əmək haqqı ödənişdən əvvəlki iki təqvim ayı ərzində qazandığı əmək haqqının cəmi həmin aylardakı iş günlərinin sayına bölməklə bir günlük əmək haqqı tapılır və alınan məbləğ əmək haqqı saxlanılan iş günlərinin sayına vurulmaqla müəyyən edilir.

Təklif olunan dəyişiklk təsdiq olunduqdan işçinin üzrlü səbəbdən əvvəki 2 ay ərzində əmək haqqısı olmadıqda, əvvəlki 2 təqvim ayı yox, işçinin bir günlük əmək haqqı aylıq tarif (vəzifə) maaşı əsas götürələcək. Misal üçün 20 iş günü üçün işçinin əmək haqqısı 500 manatdırsa, deməli 1 bir günlük əmək haqqı aylıq tarif (vəzifə) maaşı 25 (500 manat / 20) manat hesab ediləcək.

Mks.az