USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bankda yeni təyinat - FOTOLAR

04.02.2019 Bank
0 0
Unibankın təşkilatı və idarəetmə strukturunda bir neçə yeni təyinat olub.

"Kommersant.az" xəbər verir ki, rəhbərliyin qərarı ilə Heybət Qədirov – Pərakəndə biznes üzrə Baş inzibatçı, Tural Hüseynov isə Korporativ biznes üzrə Baş inzibatçı vəzifəsinə təyin ediliblər. Hər ikisi öz karyeralarına Unibankda başlayıblar. Heybət Qədirov – 9 il, Tural Hüseynov isə 10 ildir Unibank komandasının üzvüdür.

Bank rəhbərliyinin digər bir qərarı ilə Unibank komandasına yeni qoşulan Elçin Abdullayev, Transformasiya üzrə Baş inzibatçı vəzifəsinə təyin edilib.