USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Prezident 14 milyon manat ayırdı - 85 min nəfərə ŞAD XƏBƏR

08.04.2019 İqtisadiyyat
0 0
Prezident İlham Əliyev Şəmkir rayonunun Şəmkir–Zəyəm–Düyərli–Şiştəpə–Bayramlı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

"Kommersant.az" xəbər verir ki, sərəncamda qeyd edilir ki, səksən beş min nəfər əhalinin yaşadığı 8 yaşayış məntəqəsini birləşdirən Şəmkir–Zəyəm–Düyərli–Şiştəpə–Bayramlı avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 14 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılsın.

Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin edəcək, Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll edəcək.

  • Əvvəlki

    Bank “BTB” də iş var - VAKANSİYA

Digər xəbərlər