USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Adambaşına neçə manatlıq fitrə zəkatı verilməlidir? - AÇIQLAMA

29.04.2019 İqtisadiyyat
0 0
Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası Ramazan ayının başlanması ilə əlaqədar fətva verib.

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Şamaxı Astrofizika Rəsədxanasının 2019-cu il üzrə hesablamalarına görə, ölkə ərazimizin üfüqünə uyğun olaraq Ramazan ayının 1-i Miladi tarixlə mayın 6-na təsadüf edir. Ay göründüyü andan etibarən Ramazani-şərif başlayır və niyyət gecəsi mayın 5-dən 6-na keçən gecəyə düşür.

Fitr bayramı (Şəvval ayının 1-i) Ayın üfüqi ərazimizdə görünməsinə əsasən iyunun 5-nə təsadüf edəcəkdir.

Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası hazırkı şəraitə uyğun olaraq fitrə zəkatının adambaşına 5-10 manat dəyərində verilməsini məsləhət görür. //Marja.az

  • Əvvəlki

    İspaniya şirkəti Türkiyədəki bankın adını dəyişir

Digər xəbərlər