USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

DSMF gəlirlərinin artdığını açıqladı

15.01.2019 İqtisadiyyat
0 0
2018-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri 2017-ci illə müqayisədə 279,3 mln. manat və ya 8,3% artaraq 3 mlrd.678,3 mln. manata, o cümlədən sosial sığorta daxilolmaları 246,5 mln. manat və ya 11,8% artaraq 2 mlrd.332,2 mln. manata çatıb.

"Kommersant.az" xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib. Qeyri-büdcə sektorundan sosial sığorta haqlarının toplanmasında da müsbət nəticə əldə edilib.

Belə ki, qeyri-büdcə sektoru üzrə daxilolmalarda 152,4 mln. manat və ya 11,4% artım qeydə alınıb və bu istiqamət üzrə proqnozun icrası 106,1 % (86 mln. manat və ya 6,1% çox) yerinə yetirilib. Fərdi uçot sistemində şəxsi hesabların sayı isə 170 min artaraq 3 736 551-ə çatıb.

  • Əvvəlki

    Azərbaycanda iki rəis işdən çıxarıldı

Digər xəbərlər