Bu il Bakının üç küçəsində su və kanalizasiya xətləri yenilənəcək

05.06.2018 Sosial
"Azərsu" ASC-nin fəaliyyəti dövründə 1 mln.dan çox sayğac quraşdırılıb. Hazırda abonentlərin 78 faizi sayğacla təmin edilib.

"Kommersant" xəbər verir ki, bunu "Azərsu" ASC-nin sədri Qorxmaz Hüseynovun "Azərbaycan qəzeti"ndə dərc edilmiş məqaləsində bildirilir.

Onun sözlərinə görə, 12 növdə elektron xidmət vətəndaşların istifadəsinə verilib:"Bu il istifadəyə verilməsi nəzərdə tutulan əlavə 4 elektron xidmət müştərilərin işini daha da asanlaşdıracaq".

Q.Hüseynov həmçinin bildirib ki, içməli su qıtlığından əziyyət çəkən kənd və qəsəbələrin su təchizatının yaxşılaşdırılması layihələri bu il də davam edəcək: "Bu məqsədlə 62 mindən çox sakinin yaşadığı 41 kənddə su layihələri icra olunacaq. 2018-ci il ildə Bakıda yenidən qurulacaq - Babək prospekti, Mir Cəlal və Təbriz küçələri boyunca su və kanalizasiya xətlərinin yenilənməsi nəzərdə tutulur. "Ağ şəhər"də həmçinin, Abşeron yarımadasının qəsəbələrində su və kanalizasiya sistemlərinin yaradılması, həmçinin binadaxili su təchizatı sistemlərinin və sayğaclaşma tədbirləri davam etdiriləcək".

"Azərsu ASC" rəsmisi əlavə edib ki, hazırda ölkə üzrə 10 regional laboratoriyanın yaradılması istiqamətində işlər aparılır.