USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“MediClub” karantinə bağlanması ilə bağlı məlumatları təkzib edib

26.06.2020 İqtisadiyyat
0 0
“Bildirmək istəyirik ki, “MediClub” şəbəkəsinin bütünlüklə və ya bir filialının karantinə bağlanması ilə bağlı xəbərlər yalandır”.

"Kommersant.az" xəbər verir ki, Oxu.Az-a bu barədə "MediClub"dan məlumat verilib. Məlumatda deyilir ki, klinikanın heç bir filialı karantinə bağlanmayıb:

"Təcili yardım xidməti 24/7 rejimində fəaliyyət göstərir. Hospital özü də gücləndirilmiş iş rejiminə keçib. 25 iyun tarixində 33 KT müayinəsi, bir gün öncə isə 24 KT müayinəsi həyata keçirilib. Hazırda da qəbul davam edir.

Üzeyir Hacıbəyov küçəsində yerləşən poliklinikada terapevt, pediatr, laboratoriya, travmatologiya, nevrologiya, otorinolaringologiya, cərrahiyyə və digər xidmətlər qəbulu davam etdirir".

  • Əvvəlki

    Abşeronun baş memarı belə saxlanılıb - VİDEO

Digər xəbərlər