USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Şəki bazarı polis nəzarətinə götürüldü - SON DƏQİQƏ

18.09.2020 İqtisadiyyat
0 0
Şəki şəhərində mövcud sanitar-epidemioloji vəziyyətlə əlaqədar olaraq, sakinlərin COVİD-19 infeksiyasına yoluxması hallarının qarşısının alınması məqsədi ilə mütəmadi olaraq profilaktik tədbirlərin görülməsinə baxmayaraq “Şəki Bazar” ASC-də alqı-satqı ilə məşğul olan şəxslərin koronavirusa yoluxması ilə əlaqədar aparılan testlər nəticəsində son günlərdə 12 nəfərin qeyd olunan virusa yoluxduğu aşkar edilib.

Daxili İşlər Nazirliyinin Şəki regional qrupundan verilən məlumata görə, baş verən bu halın risk mənbəyi olduğu nəzərə alınaraq, bazarın ərazisində müvafiq sanitar-epidemioloji tədbirlərin görülməsi məqsədi ilə bazar 18 sentyabr 2020-ci il tarixdən etibarən Operativ Qərargah tərəfindən qəbul edilmiş qərara uyğun olaraq 3 gün müddətində karantinə bağlanıb, yəni bu müddət ərzində bazarın fəaliyyəti bütünlüklə dayandırılıb.

Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən ərazidə mütəmadi olaraq xidmət aparılır.

  • Əvvəlki

    Ramiz Mehdiyevin nəvəsinin toyundan daha bir görüntü yayıldı - VİDEO

Digər xəbərlər

19.03.2024 İqtisadiyyat
Azərbaycan nefti bahalaşıb
0 0
18.03.2024 İqtisadiyyat
İraq neft ixracını azaldacaq
0 0
18.03.2024 İqtisadiyyat
Morgan Stanley-dən neft proqnozu
0 0